Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu: araşdırmalar başladı

Tarix: 13-09-2018 10:50     Baxış: 4359 A- / A+
İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu: araşdırmalar başladı


Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Manevr.az xəbər verir ki, publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu: araşdırmalar başladı


Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.

Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar