Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər

Tarix: 13-09-2018 06:48     Baxış: 3181 A- / A+
Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər

Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında dörd məsələ gündəliyə daxil edilib.

Manevr.az xəbərinə görə, bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir.

Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

“Yaşıllıqların mühafizəsi haqqında” qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.

İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə edilən texniki xarakterli dəyişiklikdə isə qeyd olunur ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min, hüquqi şəxslər isə üç min manat miqdarında cərimələnsinlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar