Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siqaret reklamları məhdudlaşdırılsın - Milli Məclisdə TƏKLİF

Tarix: 12-09-2018 16:19     Baxış: 3244 A- / A+
Siqaret reklamları məhdudlaşdırılsın - Milli Məclisdə TƏKLİF


Siqaretlə bağlı məsələni yaradıcılığa "tətbiq etmək" nə qədər düzgündür, mən bunun məntiqini, fəlsəfəsini anlamıram.

Manevr.az xəbərinə görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müaviniJalə Əliyevaadıçəkilən komitənin sentyabrın 12-də keçirilən iclasında "Teatr və teatr fəaliyyəti haqqında" qanuna, "Televiziya və radio yayımı haqqında", həmçinin, "İctimai televiziya və radio haqqında"qanunlarda tütün və tütün məlumatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı texniki xarakterli dəyişikliyin nəzərdə tutulmasına münasibətini bildirərkən deyib:

"Biz siqaretin zərərli təsirləri ilə bağlımübarizə başlamışıq, bunu alqışlayırıq. Amma teatrla bağlı qanuna bu məsələnin salınmasının fəlsəfəsini, məntiqini anlamıram. Biz bununla az qala yaradıcı şəxsə məhdudiyyət qoymuş oluruq ki, öz əsərində, öz tamaşasında siqareti əks etdirməsin. Bu, düzgün deyil".

Adıçəkilən komitənin sədri Rafael Hüseynov isə bildirib ki, həmkarının iradlarını qəbul edir:

"Amma burada kiminsə yaradıcılığına, teatr fəaliyyətinə hansısa məhdudiyyətdən söhbət getmir. Burada, sadəcə, siqaretin, tütün məhsullarının zərərli cəhətlərinin qarşısının alınmasından söhbət gedir. Bu məsələ qanunlarımızda var və indi adıçəkilən qanunlarda da bununla bağlı müvafiq uyğunlaşdırmalar nəzərdə tutulur".

Millət vəkili, akademikGövhər Baxşəliyevaqanunlardakı dəyişikliyi, uyğunlaşdırmanı təqdir edib. O, xüsusilə, televiziya ilə bağlı qanunda belə bir uyğunlaşdırma aparılmasınınmüsbət məqam olduğunu deyib:

"Hesab edirəm ki, bunun müsbət təsiri, nəticəsi olacaq. Televiziyalarda tütün məmulatlarının, siqaretin reklamının, yayımının məhdudlaşdırılması vacibdir. Çünki bu gün yeniyetmələrimiz, gənclərimizarasında bu zərərli vərdişin təsirinə düşənlər çoxdur. Odur ki, belə məhdudlaşdırmalar vacibdir, xüsusilə də, telekanallarımızda, efirlərimizdə".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar