Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Ömründə bir ağac əkməyən 7 ağac kəsir" - Parlamentdə ETİRAZ

Tarix: 12-09-2018 13:43     Baxış: 3357 A- / A+
"Ömründə bir ağac əkməyən 7 ağac kəsir" - Parlamentdə ETİRAZ


Azərbaycanda ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bugün keçirilən iclasında deputat Hüseynbala Mirələmov çıxış edib.

O deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: "Ağacların kəsilməsi çox böyük bəladır. Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir".

Deputat Cavanşir Paşazadə həmkarına dəstək verib. O deyib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.

Komitə sədri Eldar İbrahimov qeyd edib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. O təklif edib ki, bununla bağlı Cinayət Məcəlləsinə də maddə əlavə edilməlidir: "Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Bunun qarşısını almaq lazımdır. Yaşıllıq harada varsa, sağlamlıq da oradadır"."report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar