Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın axtardığı separatçı Aboszadə Rusiyada həbs edilib

Tarix: 10-09-2018 17:18     Baxış: 3246 A- / A+
Azərbaycanın axtardığı separatçı Aboszadə Rusiyada həbs edilib


Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib.


Manevr.az “report”-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya KİV-ləri yayıb.

Bildirilib ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs-qətimkan tədbiri seçib.

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Qeyd edək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub.

1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar