Xəbər lenti
“Oynasınlar, amma...” - Deputatdan “Səni deyirlər”ə reaksiya
"Vaxtilə sərhəddən kəsilmiş məftilləri insanlar sevincdən gözlərinə soxurdular və hər yan Araz həsrətli şeirlə dolu idi. İndi yenə həmin Araz öz məcrasında axır, ancaq həmin həsrətin şeirlərdə izi-tozu belə yox. İndi imkan verin, insanlar oynasınlar, istəyirlərsə bir-birinə sosial şəbəkədə dəstək versinlər, ancaq bunu Azərbaycanın bütövlüyünün rəmzinə çevirmək, ideyanı qeyri-ciddi səviyyəyə gətirməkdir. Oynamaq yox, şeir yazmaq, tarix uydurmaq yox, siyasi təşkilatlanmanın müasir modellərini yaratmaq lazımdır ki, dünya siyasətinin menyusuna Güney Azərbaycan problemini salmaq mümkün olsun".
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat hesab edir ki, sadə insanlar istənilən formada öz duyğularını və etirazlarını ortaya qoya bilərlər: “Toplumun öncül düşüncə adamları isə bu cür keçici emosiyalar əsasında özləri üçün təsəlli ədəbiyyatı formalaşdırmamalıdırlar. Məsələn, azərbaycanlıları birləşdirən ən klassik nümunə “Heydərbabaya salam” əsəridir, bu gün birlik aurası üçün onun qırx il öncəki dəyəri aktualdırmı? Bir vaxt Babək qalasına yürüşü nicat yolu olaraq görürdük. İndi nəticə olaraq hansı siyasi təşkilatlanmaya rəvac verdi? Hamımıza aydındır ki, totalitar dini faşizmin əsarəti altında yaşayan toplumun yüzlərlə problemi var, ancaq xaricə köç etmiş yüz minlərlə təhsilli insan Avropa və ya ABŞ demokratiyasının imkanlarından yararlanaraq axı xaricdə də ciddi siyasi yaxud mədəni təşkilat formalaşdıra bilmirlər. Odur ki, kim istəyir özü istədiyi havaya çalıb-oynasın, ancaq böyük ideyaların üzərində bu cür naşlıqla oynamasın”.
Fazil Mustafa 1988-ci ilin mitinqlərinin məşhur aforizmini xatırladıb: “Bir yekəpər oğlan uca səslə meydandakı qələbəliyə “oturmayan, erməni!”deyə qəzəbli çağırış edirdi. Hamı ilə bərabər oturmadığına görə kütlənin hədəfinə çevrilmiş ağsaqqal kişi isə çarəsiz şəkildə izah edirdi ki, vallah mən erməni deyiləm, sadəcə protezlə çöməlib oturmam mümkün deyil. İndi də öz bayağı, zövqsüz hərəkətlərinə dəstək ala bilməyən bəzi vətənşüvənlər, fikir plüralizmi prinsipini unudaraq başqalarının vətənsevərliyini şübhə altına salmağa çalışırlar. Kimsə millətin gələcəyini öz duyğuları, yuxuları, fantaziyaları üzərindən şəkilləndirir, kimsə də ağıla, məntiqə uyğun gəlməyən keçici təzahürləri əlinin dalı ilə itələyib məcaraçılıqdan uzaq, düşünülmüş variantlar təklif edir. Mən hər ikisini səmimi, öz millətini sevən insanlar hesab edirəm və kimisə farsa, erməniyə, rusa və yaxud da hansısa itə-qurda işləməkdə ittiham etmirəm. Təki hamı mövzunu düşünsün, yollar arasın, modellər təklif etsin”.
Son günlərdə Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” rəqs havası böyük marağa səbəb olub. Azərbaycanlılar rəqs edərək Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək olduqlarını söyləyirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar