Xəbər lenti
Putin və Əliyev Ermənistanı qorxuya saldı
Paşinyan da Rusiyaya getmək arzusundadır
Prezidenti İlham Əliyevin ötən həftəsonu Rusiyaya səfəri, Vladimir Putinlə görüşü, rus liderin Azərbaycanı strateji tərəfdaşı adlandırması erməniləri əl-ayağa salıb. Bu görüşdən sonra qəfildən Ermənistanın baş naziri Nikola Paşinyan da özünün yaxın zamanda Rusiyaya səfər edəcəyini elan edib. “Bu, mənim Putinlə üçüncü görüşüm olacaq. Biz onunla bir çox məsələləri müzakirə edəcəyik”, deyə o bildirib.
Eyni zamanda Paşinyan İrəvanın bütün arzularının yerinə yentirilməsini gözləmədiyi barədə də xəbərdarlıq edib. Amma ümid edir ki, indiki münasibətlər daha da pisləşməyəcək.
Ehtimal ki, məhz buna görə Ermənistan NATO təlimində iştirakdan imtina edib. Ümumiyyətlə son zamanlar Rusiya ilə Ermənistan arasında münaibətlər soyuyub. Rusiya XİN rəhbəri Sergey Lavrov da hətta İrəvanın fəaliyyətini kəskin tənqid etmişdi. Bir müdət öncə Rusiya hüququ mühafizə orqanları Ermənistanaın axtarışa verdiyi keçmiş müdafiə naziri Mixail Arutunyanı təhvil verməkdən imtina ediblər.
Ekspertlər də hesab edirlər ki, Putinin strateji tərəfdaşı adlandırdığı Azərbaycan və Rusiya arasında əməkdaşlıq Ermənistan rəhbərliyini çox narahat edir. Aydındır ki, tələsik səfər də bu məsələlərlə bağlıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar