Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO

Tarix: 03-09-2018 15:37     Baxış: 4475 A- / A+
Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib.

DİN-dən verilən məlumata görə, tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.

Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçiriblər.
Yol Patrul Xidməti əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib. Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarını davam etdiriblər.
Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO
Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO
Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO
Saray postunda 30 avtomobil saxlanıldı - REYD - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar