Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Havadakı pis qoxunun səbəbi bəlli oldu - Nazirlik

Tarix: 02-09-2018 09:27     Baxış: 2260 A- / A+
Havadakı pis qoxunun səbəbi bəlli oldu - Nazirlik


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə şikayət daxil olub. Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar.


Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri avqustun 31-də və sentyabrın 1-də zavodun ətraf ərazilərində monitorinq keçirib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürüblər. Analizlər nəticəsində havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.

Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.

Araşdırma zamanı məlum olub ki, iy-qoxu zavodun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində 202-305 saylı qurğulardan gələn 500 millimetrlik boru xəttinin müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində dəyişdirilməsi zamanı havaya yayılıb.

Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən nazirlik ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar