Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yazıçı Anarın qızına yeni vəzifə verilib

Tarix: 01-09-2018 17:55     Baxış: 3316 A- / A+
Yazıçı Anarın qızına yeni vəzifə verilib


Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva yenbi vəzifəyə təyin edilib.

Manevr.az xəbər verir ki, Günel Rzayeva bir neçə gün öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və açılışı olan Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.

Yazıçı, publisist və jurnalist, türkoloq Günel Rzayeva BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil alıb. O, bundan əvvəl "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru vəzifələrində işləyib.

Günel Rzayevanın direktoru olduğu Bakı Kitab Mərkəzi ictimaiyyət üçün açıq olacaq.

Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.

Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Kitab satışı ilə yanaşı, burada "Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.

Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirlərini və "Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.

Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar