Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni futbolçular "Qarabağ"la oyuna görə Bakıya gələcəkmi? - AÇIQLAMA

Tarix: 01-09-2018 11:06     Baxış: 3274 A- / A+
Erməni futbolçular "Qarabağ"la oyuna görə Bakıya gələcəkmi? - AÇIQLAMA

İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” klublarının oyunçuları Henrix Mxitaryan və Qeqam Kadimyanın UEFA Avropa Liqasında “Qarabağ”la Bakıdakı qarşılaşmalarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Manevr.az-ın xəbərinə görə, məsələ ilə əlaqədar trend-ə açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, komandaların “Qarabağ”la oyun üçün iştirak ərizəsindən sonra bu məsələyə qayltmaq olar.

H.Hacıyev qeyd edib ki, bununla bağlı XİN-ə daxil olacaq hər hansı müraciətə baxılacaq.

“Arsenal”ın sözçüsü isə bildirib: “Bizim bütün futbolçularımız və əməkdaşlarımızın təhlükəsizliyi məsələsi həmişə prioritetlər siyahısında yuxarı pillədə dayanır. Biz futbolçu ilə danışdıqdan sonra qərar qəbul edəcəyik”.

"Qarabağ" Bakıda "Arsenal"la oktyabrın 4-də, "Vorskla" ilə 25-də qarşılaşacaq.

Xatırladaq ki, Avropa Liqasının 2015/16 mövsümündə o vaxt Dortmund “Borussiya”sının futbolçusu olan H.Mxitaryan Azərbaycanda “Qəbələ” klubu ilə oyunu buraxmışdı.

Qeyd edək ki, ötən gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə qarşılaşacaq.
Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar