Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

İşçi götürün, maaşın 50%-ni hökumət ödəyəcək - İŞ ADAMLARINA YENİLİK

Tarix: 30-08-2018 17:11     Baxış: 3355 A- / A+
İşçi götürün, maaşın 50%-ni hökumət ödəyəcək - İŞ ADAMLARINA YENİLİK


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Məşğulluq Xidməti kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edib.

Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 616 №-li qərarı ilə "Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası" təsdiq edilib. Qaydaya əsasən, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş işsiz vətəndaşları işə qəbul etdikləri zaman müəyyən müddət ərzində (3, 6, 9 və ya 12 ay) həmin işçilərin əməkhaqlarının bir hissəsi (50%) işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

Bu proqramda iştirak etmək istəyən işəgötürənlərin müraciət etdikləri vaxta qədər ən azı 1 il fəaliyyət müddəti olmalı və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi, digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Həmçinin son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, vakansiya bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər proqramda iştirak edə bilərlər.

Əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək üçun müraciət etmiş işəgötürənlər nəzərdə tutulan iş yerləri üzrə vakansiyaları ən azı 3 ay əvvəl vakansiya bankına təqdim etməlidirlər.

Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz.

Eyni zamanda, işəgötürənlər bu proqram çərçivəsində rayon (şəhər) Məşğulluq Mərkəzinin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) xitam verməməlidirlər.

Proqramda iştirak etməkdə maraqlı olan işəgötürənlərin rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar