Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda gərgin anlar – Sərnişinlər təxliyyə edildi

Tarix: 27-08-2018 12:17     Baxış: 3297 A- / A+
Bakı metrosunda gərgin anlar – Sərnişinlər təxliyyə edildi


Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.

Səhər saat 08 radələrində metronun "Ulduz" stansiyası ilə "Nərimanov" stansiyası arasında hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Qatarda olan sərnişinlər gərginlik yaşayıblar. Qatar platformaya çatıb və sərnişinlər vaqonlardan düşürdülüb. Qatar depoya göndərilib.

Hadisə nəticəsində "Nərimanov", "Gənclik" və "28 may" stansiyalarında qatarlar gecikdiyi üçün sərnişin sıxlığı yaşanıb. Eləcə də, "Sahil", "İçərişəhər", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 yanvar" stansiyalarında da sıxlıq müşahidə edilib.

Manevr.az xəbər verir ki, məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq nəticəsində "Həzi Aslanov" stansiyası ilə "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarların hərkətində 7 dəqiqə gecikmə qeydə alınıb.

"Texniki nasazlıq yaranan qatar depoya göndərilib. Hadisə nəticəsində yaranmış qrafik pozuntusu yarım saat davam edib", - deyə Bəxtiyar Məmmədov bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar