Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

DOST mərkəzlərində “Gənc DOST” proqramı həyata keçiriləcək

Tarix: 27-08-2018 10:51     Baxış: 3206 A- / A+
DOST mərkəzlərində “Gənc DOST” proqramı həyata keçiriləcək


DOST mərkəzlərində “Gənc DOST” proqramı həyata keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” proqramı həyata keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, hazırda nazirlikdə müvafiq proqram layihəsi hazırlanır. Bu proqram DOST mərkəzlərində gənclərin könüllü iştirakını, ümumən əmək, məşğulluq və sosial müdafiə sahələrində göstərilən xidmətlərdə könüllülük fəaliyyətini dəstəkləyəcək. Proqram çərçivəsində gənclərin bu sahədə könüllü iştirakla bağlı bilik və bacarıqlarının artırılması üçün müvafiq təlim proqramlarının hazırlanması və reallaşdırılması, gənclərin müvafiq istiqamət üzrə motivasiyasına yönələn işlərin aparılması təmin ediləcək.

Cari ilin sonundan etibarən əvvəl Bakıda, sonrakı mərhələdə ölkəmizin digər şəhər və rayonlarında yaradılacaq DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar