Xəbər lenti
İrəvanın İsgəndər-M-ləri Ermənistanı dağıdacaq - Politoloq
Hazırkı vəziyyətdə İsgəndər-M raketlərinin Ermənistanda olması birbaşa bu ölkənin hərbi-siyasi maraqlarına ziddir. Çünki bundan ən çox əziyyət çəkən elə məhz İrəvan olacaq.
Bu sözləri axar.az-a politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib. Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsini düzgün hesab etməyən politoloq Moskvanın son hərəkətlərini qeyri-səmimi sayıb:
“ATƏT-in Minsk Qrupunun həmsədri, Azərbaycanın strateji tərəfdaşı olan Rusiya hər zaman bəyan edir ki, Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdır və bölgənin sabitliyi üçün səy göstərir. Kreml Ermənistana sözügedən dağıdıcı silahların verilməsini ABŞ-ın Gürcüstanda hərbi baza açması və rəsmi Tiflisin buna razılıq verməsi ilə izah etsə də, bu, real deyil. Hər halda sözügedən raket kompleksləri bizə qarşı yönəlibsə, Azərbaycanın İsraildən aldığı “Dəmir Qübbə” - raketdən müdafiə sistemləri bunun ən bariz alternativi olacaq. Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya girmək istəyirsə, onda uduzmağı da gözə alacaq. Bütün siyasi və hüquqi imkanlarımız məhz buna dəlalət edir”.
Politoloq hesab edir ki, Ermənistanın Azərbaycanı İsgəndər-M-lərlə təhdid etməsini beynəlxalq müstəvidə öz xeyrimizə çevrilə bilərik:
“Bu, çox böyük siyasi şansdır. Bütün dünyaya bəyan etməliyik ki, Ermənistan əraziləri işğal altında olan Azərbaycanı hədələyir, ona görə də terrora bərabər bu hərəkətlərinə görə cavab verməlidir”.
F.Sadıqov bildirib ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə olan biganəliyi və Azərbaycanı Ermənistanla bərabərləşdirməsi İrəvanı müəyyən mənada ruhlandırır:
“Moskva Bakını İrəvanla eyni səviyyəyə qoymamalıdır. Çünki Rusiya ilə münasibətlərimiz çox yaxşıdır, buna görə də strateji tərəfdaşımız bütün bunları nəzərə almalıdır”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu rəsmən təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyinin Artilleriya və Raket Qoşunları bölməsinin qərargah rəisi polkovnik Artavazd Yağmuryan ölkəmizi təhdid edərək hökumətləri rəsmi icazə verəcəyi halda İsgəndər-M vasitəsilə Azərbaycana zərbə endirilə biləcəyini deyib.
Satışı yasaqlanmış və nüvə başlığı daşımaq gücündə olan bu yarımballistik raket 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar