Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Uzun müddət yuxusuz qalmağın NƏTİCƏLƏRİ

Tarix: 24-08-2018 15:50     Baxış: 3317 A- / A+
Uzun müddət yuxusuz qalmağın NƏTİCƏLƏRİ


Yuxu ilə əlaqədar alimlər bəzi qanunauyğunluqlar aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatanlara uzun ömür yaşamaq xarakterikdir. Yuxu azlığı isə əksinə, diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin, həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Yuxusuz qalmağın başqa fəsadları ola bilər. İlk yuxusuz gecədən sonra insan beynində mezolombik sistem aktivləşərək qana defomin artır. Həmin təsirin nəticəsində insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır. İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemin fəaliyyəti pozulmağa başlayır. Yuxusuz keçən üçüncü gecədən sonra isə ilk hallünasiyalar meydana gələ bilər.

Elmi təcrübə nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin prosesdə alimlər aydınlaşdırıblar ki, 11 gün yuxusuz gecədən sonra orqanizmdə dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərk etmək prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib - nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə həmin mərhələdə də dayandırılıb. Ona görə də yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz. \publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar