Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rüfət Səfərovun xaricə qaçan "dostu" prokurorluğa məktub yazıb - vəkili günahlandırır

Tarix: 24-10-2016 23:00     Baxış: 4543 A- / A+
Rüfət Səfərovun xaricə qaçan "dostu" prokurorluğa məktub yazıb

Rüfət Səfərovun «dostu» vəkil Bəhruz Bayramovu günahlandırıb, Eldar Sabiroğlu isə onu ittiham edir

Prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən və hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərova telefon açdığına görə Qubadlı rayon prokurorunun müavini Adil Məmmədovun işdən azad edilməsi və ABŞ-a mühacirət etməsi barədə mətbuatda xəbər yayılmışdı. Bundan sonra mətbuata açıqlama verən A.Məmmədov Rüfət Səfərovla dost olduğunu, işdən çıxandan sonra da onunla münasibətinin qaldığını və işdən çıxarılarkən intizam tədbirinin əsas gətirildiyini bildirmişdi. Xəbərdə qeyd edilirdi ki, Adil Məmmədov ABŞ-a köçdüyünü təsdiqləsə də, əlavə məlumat verməyib.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramovun bildirdiyinə görə, bu günlərdə Adil Məmmədov Amerikadan Baş Prokurorluğa məktub yazaraq, dostundan imtina etdiyini, Rüfət Səfərova görə işindən azad edilməsi barədə xəbəri guya mediaya sabiq müstəntiqin vəkili olaraq onun tərəfindən verildiyini iddia edib. “Həmçinin əvvəllər dostluq etdiyini dediyi Rüfət Səfərovun cinayət törətdiyinə görə həbs edildiyini yazıb. Məktubda həmçinin mənim də cəzalandırılmağımı istəyib”.

Vəkil vurğulayır ki, bu məktubdan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubov onun cəzalandırılması üçün Vəkillər Kollegiyasına şikayət yazıb. Ancaq vəkil vurğulayır ki, Adil Məmmədovla bağlı məlumat mətbuata onun tərəfindən verilməyib və bu barədə yazılan məlumatlarda ona istinad edilməyib.

Qeyd edək ki, R.Səfərov sabiq deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Eldar Sabiroğlu sosial şəbəkədə status yazaraq məsələyə münasibət bildirib. O qeyd edib ki, vəkil B.Bayramov R.Səfərovun hüquqlarını müdafiə etdiyinə görə təzyiqə məruz qalır. “Rüfətin müdafiəsi üçün vəkili Bəhruz Bayramovun göstərdiyi prinsipial və qanunauyğun fəaliyyəti Baş Prokurorluğu möhkəm qıcıqlandırdığından vəkilin cəzalandırılmasına və onun peşə fəaliyyətinə xitam verilməsinə səbəb yaratmışdır” - deyən E.Sabiroğlu qeyd edir ki, bunun üçün də ABŞ-da mühacirətdə olan Adil Məmmədovdan istifadə edirlər. Onun sözlərinə görə məqsəd Bəhruz Bayramovu R.Səfərovun müdafiəsindən çəkindirməkdir.

Xatırladaq ki, R.Səfərov ötən il dekabrın 20-də Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra onun işində yoxlama aparılıb, 2016-cı il yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində seçilən həbs-qətimkan tədbiri yanvarın 22-də ev dustaqlığı ilə əvəz olunmuşdu. Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar