Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş həkim ittihamlara cavab verdi: "Məni biabır etmisiniz, qız dedi ki..."

Tarix: 21-08-2018 14:59     Baxış: 3621 A- / A+
Baş həkim ittihamlara cavab verdi: "Məni biabır etmisiniz, qız dedi ki..."


Dünən Bakı sakini Nigar Qəmərlinin paytaxtda fəaliyyət göstərən "İstanbul Clinic" özəl tibb müəssisəsinda ona göstərilən münasibətdən narazı qaldığı barədə məlumat verdik. Belə ki, xanımın iddiasına görə, xəstəxananın baş həkimi Ümman Abbasova onunla kobud şəkildə danışıb. N.Qəmərli isə tibb mütəxəssisini müvafiq qaydada şikayət edəcəyini bildirib.

Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini almağa çalışsaq da, cəhdlərimiz boşa çıxıb.

Manevr.az xəbər verir minval.info-ya klinikanın baş həkimi Ümman Abbasova bildirib ki, klinikada təmir-tikinti işləri aparılır: "Xəbəri yazıb məni biabır etmisiniz. Həmin xanım pilləkənə görə əvvəlcə aşağıda söz-söhbət salıb. Sonra onu mənim yanıma göndəriblər. Otağa daxil oldu, yüksək səslə danışmağa başladı. Mən ona izah etməyə çalışdım ki, bura özəl klinikadır. Sizin ixtiyarınız var ki, harada istəyirsiniz, orada müalicə ala bilərsiniz. Klinika reabilitasiya, fizioterapiya mərkəzi kimi fəaliyyət göstərmir. Pilləkən axı mənim problemim deyil. Xəstə müalicə zamanı ölməyib, o, mənim pasientim olmayıb. Bilirsiniz, xanım deyirdi ki, "mən İstanbulda olmuşam, bu klinikanın adını dəyişmək lazımdır". Ona "gələ bilmirsinizsə, gəlməyin, mən sizi necə məcbur edə bilərəm? Pilləkənimiz budur, neyləyə bilərəm? O qədər klinikalarımız var" söylədim. Həmin qız "hə? Mənə belə cavab verirsiniz? Sizdən şikayət edəcəyəm" dedi. Mən də bildirdim ki, gedin şikayət edin. Nə deyə bilərəm, demokratik ölkədə yaşayırıq. Aşağı mərtəbədə olanlara isə "sabah gəlim, burada pilləkəni görməyim".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar