Xəbər lenti
Azərbaycanda yeni evlilik biznesi - "1 manatlıq "kontur" yüklə, ərə get"
Son dövrlər sosial şəbələrdə tanışlıq və evləndirmə səhifələrin sayı artmaqdadır. Bu səhifələrdə elan yerləşdirmək qızlar üçün pulsuz, oğlanlar üçün ödənişlidir. Belə ki, oğlanlar bu səhifələrə özləri haqqında elan yerləşdirmək üçün 1 manat ödəməlidir. Bu cür səhifələrin fəaliyyəti nə qədər qanunidir? Bu cür tanışlıq səhifələrin fəaliyyəti hansı cinayətlərə zəmin yarada bilər?
Bununla bağlı big.az-a açıqlama verən "Polisə Dəstək" İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə eksperti Şəmsəddin Əliyev bildirib ki, gənclərimiz virtual tanışlığa və ailə qurma məsələlərinə daha diqqətli olsunlar: "Düşünürəm adət-ənənələrimizı uyğun ailələr qurulsa daha yaxşıdır. Gənclərimizin bəzən davranışlarında etiket qaydalarına riayət edə bilmirlər. Düşünürəm ki, gənclərimiz bu məsələdə tələsməsinlər. Ailə qurmaq tələsgənliklə olmur. İnsanlarımız ilə qurmaqda sərbəstdir. Ailə iki tərəfin iradə azadlığı nəticəsi qurulur. Buna görə də gənclərimiz diqqətli olsunlar. Virtual tanışlıq bəzən insan alverçilərinin qurbanları üçün şərait yaradır. Gənclərimiz ağır mütəşəkkil cinayət qruplaşmaların qurbanına çevrilə bilər. Ona görə də diqqətli olmalıdır".
Şəmsəddin Əliyev vurğulayıb ki, aldadılan tərəf şikayət edərsə təbii ki, hüquq-mühavizə orqanları tərəfindən müəyyən addımlar atıla bilər: "Amma bunlar nə qədər ki, cəmiyyət tərəfindən qəbul olunur və etiraz edən yoxdur. Hansısa bir tədbir görmək çətindir. Subyektin müraciəti olmalıdır ki, aidiyyəti qurumlar tədbir görə bilsin".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar