Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda işləyənlərin sayı AÇIQLANDI

Tarix: 18-08-2018 21:11     Baxış: 2247 A- / A+
Azərbaycanda işləyənlərin sayı AÇIQLANDI


Avqustun 1-nə olan statistikaya əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub və onlardan 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib.

Manevr.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı statistikada qeyd olunub.

Məlumata görə, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 546,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 885,7 min nəfər, qeyri-dövlət sektorunda isə 660,5 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 512,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.

İkinci rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 min 334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148 saat təşkil edib.

Avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar