Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə gedənlərin nəzərinə – Geri qayıtmalı olacaqsınız…

Tarix: 14-08-2018 17:54     Baxış: 3356 A- / A+
Türkiyəyə gedənlərin nəzərinə – Geri qayıtmalı olacaqsınız…


Əsas etibarnaməylə idarə edilən avtomobil vasitəsilə Türkiyəyə səfər etmə proseduru dəyişdirilib.

Artıq avtomobillə Türkiyəyə səfər etmək üçün idarə etdiyiniz avtomobilin sahibinin əsas etibarnaməsi kifayət etmir. Belə ki, Türkiyə gömrüyü artıq ölkəsinə daxil olan minik avtomobillərinin sürücülərindən idarə etdikləri avtomobilin etibarnaməsi ilə yanaşı, avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini də tələb edir.

Bu ildən etibarən tətbiq edilən yenilik etibarnamə ilə Türkiyəyə səfər edənlərin saatlarla Türkiyə sərhədində qalmasına səbəb olub. Hətta avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini tapa bilməyənlər geri qayıtmalı olublar. Sürücülərin əksəriyyəti tətbiq edilən bu yenilikdən elə Türkiyə sərhədində xəbər tutub.

Bundan başqa, Azərbaycandan Türkiyəyə avtomobillə səfər zamanı avtomobil sığortası üçün müəyyən məbləğ tələb edilir. Bu məbləğ avtomobilin mühərrik həcminə görə 60, 70, 80 dollar arasında dəyişir. Lakin bu məbləği ödəməyib, daha ucuz qiymətə də avtomobilinizi sığorta etdirib, Türkiyə sərhədini keçə bilərsiniz.

2016-cı ildə tətbiq edilən yeniliyə əsasən, Azərbaycan sərhədində avtomobilinizi “Yaşıl sığorta” etdirməklə Türkiyə sərhədini daha ucuz və rahat keçə bilərsiniz (bunun Gürcüstan sərhədində ödəyəcəyiniz 30 lari sığorta haqqına aidiyyəti yoxdur). Mühərriki 1.6 at gücündə olan avtomobil üçün “Yaşıl sığorta”nın qiyməti cəmi 17 manatdır. /ednews.net/az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar