Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan MTN zabitinin xanımı məhkəməyə müraciət edib- əmlakları istəyir

Tarix: 14-08-2018 12:24     Baxış: 3226 A- / A+
Həbsdə olan MTN zabitinin xanımı məhkəməyə müraciət edib- əmlakları istəyir


Ləğv edilmiş MTN-in şöbə rəisi olmuş Vüdal Ələkrovun həyat yoldaşı məhkəməyə müraciət edib. O, əmlaklarının geri qaytarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun ailə üzvlərinin müsadirə olunan əmlaklarla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və ailə üzvlərinin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin növbəti iclası avqustun 17-nə təyin edilib.

Xatırladaq ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilərək həbs edilib.

12 il azadlıqdan məhrum edilən Vüsal Ələkbərovun cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 5 ilə endirilib.

Qərara əsasən V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanılıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

MTN zabitinin ailə üzvləri birinci instansiya məhkəməsinin qərarından narazıdır. Sabiq şöbə rəisinin həyat yoldaşı Şəhla Ələkbərova əmlaklarla bağlı apellyasiya şikayəti verib. Ş.Ələkbərova V.Ələkbərovun məhkəmə qərarı ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını tələb edir./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar