Xəbər lenti
Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar QÜVVƏYƏ MİNDİ
Avqustun 13-dən başlayaraq mobil qurğuların IMEI kodlarının qeydiyyata alınması üçün yeni dövlət rüsumları qüvvəyə minir.
Manevr.az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Müsahibin sözlərinə görə, hazırda sistemin yenilənməsi üzrə profilaktik işlər aparılır və bu işlər bir neçə gün ərzində başa çatacaq:
"Sistemin texniki yenilənməsindən sonra yeni rüsumlar barədə istifadəçi məlumatları, eləcə də bütün zəruri informasiya həm "imei.az" saytında, həm də "e-GovPay" terminallarında yerləşdiriləcək. Bu terminallar vasitəsilə həmçinin mobil qurğuların IMEI kodlarını qeydiyyatdan keçirmək mümkün olacaq. Bundan başqa, bütün zəruri məlumatları poçt şöbələrindən də əldə etmək olar".
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib.
Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.
Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda - 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar