Xəbər lenti
Beynəlxalq Ordu Oyunları-2018-in bağlanış mərasimi - Foto

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.
Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.
Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar