Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İşıq puluna görə borcun artmasının səbəbi açıqlandı – RƏSMİ

Tarix: 11-08-2018 18:56     Baxış: 22 837 A- / A+
İşıq puluna görə borcun artmasının səbəbi açıqlandı


Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir.


Bu barədə “Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir:

“İsti hava şəraiti ilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. Abonentləri əmin edirik ki, sayğacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür.

Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var.

Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq bir saat ərzində 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehlak edə bilər”.

Vüqar Nəbibəyli qeyd edib ki, avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. 300 kilovattı 7 qəpikdən, digər sərfiyyatı isə 11 qəpikdən hesablamaqla, aylıq sərfiyyatı müqayisə etmək olar.

Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət etmək mümkündür və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirəcək.

Nazirlər Kabinentinin qərarı ilə 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər”. /oxu.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar