Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Türkiyədə mükafat aldı - FOTO

Tarix: 10-08-2018 16:21     Baxış: 3321 A- / A+
Qənirə Paşayeva Türkiyədə mükafat aldı - FOTO


Türkiyənin Kapadokya şəhərində Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Üçhisar bələdiyyəsinin təşkilatçılığı ilə AXC və Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümünə həsr olunmuş gecə keçirilib.

Manevr.az xəbər verir ki, tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları haqda danışıb.

O, həmin zamanlarda erməni daşnaklarının rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirdiyini və Cümhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəldiyini deyib:

“O ordunun içərisində Nevşehirdən də dədələrimiz var idi və bu gün Bakıda Türk Şəhidliyində yatırlar. Onların xatirəsinə qədim Kapadokyada, Nevşehirdə abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bugünkü və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid olub. Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu birliyimizi daha da gücləndirib, zəfər qazanacağıq”.

Tədbirdə çıxış edən Uçhisar bələdiyyə başqanı Əli Karaarslan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.

Sonda Uçhisar bələdiyyə başqanı tərəfindən Qənirə Paşayevaya türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı plaket təqdim olunub.

Qənirə Paşayeva Türkiyədə mükafat aldı - FOTO

Qənirə Paşayeva Türkiyədə mükafat aldı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar