Xəbər lenti
Saakaşvili erməniləri qorxuya saldı, Qarabağ əldən gedə bilər
Keçmiş prezidentin dedikləri ermənilərin yuxusunu ərşə çəkib
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermэnistandakı hadisələrə xüsusi diqqəti erməni siyasətçiləri çox narahat etməyə başlayıb. Verdiyi çoxsaylı müsahibələrində, dünya mətbuatında dərc edilən məqalələrdə Saakaşvili mütləq şəkildə Ermənistana, onun yeni rəhbərliyinə, eləcə də davamçısı adlandırdığı Nikol Paşinyana geniş yer ayırır. Keçmiş prezident, qubernator hesab edir ki, bu Cənubi Qafqaz ölkəsinin yeni rəhbərliyi onun izi ilə gedir və onun etdiyi islahatları etmək istəyir.
Burada dövlət çevrilişi edən erməni gənclərinin son illərdə Saakaşvilinin gürcü inqilabı haqqında kitabına böyük maraqlarının olmasını qeyd etmək yerinə düşür.
Nə üçün Gürcüstanın keçmiş prezidentinin belə xüsusi diqqəti erməni siyasətçiləri narahat edir? Onlar keçmiş dövlət başçısının dediklərinin Ermənistanda cəmiyyəti iki hissəyə bölmək istiqamətində irəliləyən siyasi prosesləri daha da sürətləndirəcəyindən qorxurlar.
Bundan başqa yerli ekspertlər hesab edirlər ki, Saakaşvilinin Ermənistan haqqında bəyanatları antirusiya xarakteri daşıyır. O, birbaşa deyir ki, Rusiyanın Cənubi Qafqaza təsirini azaltmaq lazımdır. İrəvanda da məhz bundan qorxurlar. Amma Paşinyan və komandası qərbə can atır. Ancaq anlayırlar ki, belə olsa onlar ucuz Rusiya qazından, silah alışına dair güzəştlərdən, kreditlərdən məhrum ola, ən əsası isə Qarabağı itirə bilərlər.
Bu gün bir çox rusiyalı ekspert iddia edir ki, Paşinyan da sonu Saakaşvili kimi olacaq. Lakin bu proses daha tez baş verəcək.
[media=https://baku.tv/az/watch/2979/]
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar