Xəbər lenti
SHXÇDX anbarında axtarış : Hərbi sursat tapıldı - foto
Avqustun 7-də saat 15:19-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və 15:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Səməd Vurğun küçəsi, 8 ünvanında üç minanın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Axar.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Goranboy Rayon Polis şöbəsinin əməkdaşları ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) anbarına baxış keçiriblər. Təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri üç təlim minası (2 ədəd TM-62M və 1 ədəd TM-62P3) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 10 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ANAMA tərəfindən yanvarın 1-dən avqustun 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 21 evə və həyətyanı sahəyə, 16 əkin sahəsinə və digər obyektlərə baxış keçirilib. Bu əməliyyatlar nəticəsində 3576 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə yeddi mina və 73 kiloqramlıq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 108 min 915 kvadratmetr ərazi yoxlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar