Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

İki nəfərin minaya düşməsinin təfərrüatı...

Tarix: 07-08-2018 16:32     Baxış: 2222 A- / A+
İki nəfərin minaya düşməsinin təfərrüatı...


Tovuz rayonunun Əlibəyli kəndində 2 nəfərin minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə zamanı hər iki şəxs ərazidə heyvan otarırmış.

Minaya düşən şəxs, 24 yaşlı Elşad Mehdiyev bildirib ki, həmin ərazidə dəfələrlə heyvanlarını otarıblar: "Biz minalı sahənin daha qabaqda olduğunu bilirdik. Lakin burada mina olduğunu düşünmürdük. Bir də gördüm Elgün aşağı dərədə nəsə gördüyünü deyib getdi. Mən ona baxarkən birdən həmin cismə toxunan kimi partlayış baş verdi. Həmin vaxt huşumu itirmişəm, ayılanda yaralandığımı, Elgünün isə olmadığını gördüm. Daha sonra səsini eşitdim, kolluqda idi. Yanına getdim, sol ayağı yox idi, özü də qan içində kömək istəyirdi. Birtəhər götürüb yola çıxartdım. Köməyə gəldilər və xəstəxanaya apardılar. Mən ona həmin cismi qurdalama demişdim, amma mənə qulaq asmadı".

Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib ki, yaralılardan 14 yaşlı Elgün Hüseynovun vəziyyəti ağır olaraq qalır: "Hər iki yaralı əməliyyat edilib və lazımi tibbi yardım göstərilib. E.Hüseynovun sol ayağı amputasiya edilib, bədəninin müxtəlif yerlərində isə dərinə keçən qəlpə yaraları var. O, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər yaralı E.Mehdiyevdə də müxtəlif dərəcəli bədən xəsarətləri var, ona da tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyəti isə orta-ağırdır"."report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar