Xəbər lenti
"Gömrük yığımlarının məbləğ"i artırıldı - Rəsmi
Azərbaycan Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.
Manevr.az xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq imzalayıb.
“Gömrük yığımlarının məbləğləri”nin 2-ci (Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği) maddəsində edilən dəyişiklikliyə əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları məbləği belə olacaq:
Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (Hazırda 10 manatdır), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat.
Gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat ( Hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır).
Qərarla yeni məbləğlər də əlavə edilib:
Gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.
Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat (hazırda 20 manat), digər avtonəqliyyat vasitələri üçün 25 manat (hazırda 15 manat)
Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) nəzərdə tutulan məbləğ 5 manatdan 10 manata qaldırılır.
Bu qərar sentyabrın 6-da qüvvəyə minəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar