Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qarabağı istəmir, lakin… – Rusiyalı ekspert İrəvanın danışıqlar SİRRİNİ AÇDI

Tarix: 06-08-2018 20:32     Baxış: 2572 A- / A+
Paşinyan Qarabağı istəmir, lakin… – Rusiyalı ekspert İrəvanın danışıqlar SİRRİNİ AÇDI


“Ermənistanın danışıqlarda Dağlıq Qarabağın iştirak etməsi ilə bağlı ideyası ölü doğulub, çünki Azərbaycan heç vaxt bununla razılaşmayıb. Əgər Ermənistan separatçıların danışıqlarda iştirakı ideyasını israrla irəli çəkəcəksə, Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik proses bitəcək. Danışıqlar olmayacaqsa, deməli proses dalana dirənəcək və bu, güc variantına həyat verəcək”.



Manevr.az
xəbər verir ki, bu barədə rusiyalı Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun müddət Ermənistanın əraziləri sülh yolu ilə qaytaracağına ümid edirdi, lakin bu ümidlər doğrulmadı.

“Ermənistan bu gün separatçıları danışıqlar masasına salmaqla Azərbaycana qarşı iki güclə çıxış etməyi düşünür. Keçmiş prezidenti Serj Sarkisyan üçün Qarabağ təkcə siyasi yox, həm də şəxsi məsələ idi. Buna görə də Sarkisyan separatçılarla sıx bağlı idi. Paşinyan isə başqa adamdır. O, Avropaya inteqrasiya siyasi kursuna xidmət edir və onun üçün Qarabağ münaqişəsi əlavə yükdür. O, bu yükü nə ata bilir, nə daşıya. Buna görə də danışıqlarda separatçıların iştirakını istəyir. Halbuki, bu, olduqca uğursuz və təhlükəli siyasətdir. Paşinyan var gücü ilə danışıqlar prosesini uzatmağa və vaxt qazanmağa çalışır. Qarabağın statusu, öz müqəddəratını təyin etmə kimi ideyaların gündəmə gətirilməsi də vəziyyəti dolaşdırmağa hesablanıb. Qarabağ qeyd-şərtsiz Azərbaycan ərazisidir, lakin Ermənistan başqa hava çalmağa davam edir”, – deyə rusiyalı ekspert vurğulayıb. /Publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar