Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hacı İbrahim qardaşının həbsi haqda danışdı

Tarix: 03-08-2018 12:28     Baxış: 4247 A- / A+
Hacı İbrahim qardaşının həbsi haqda danışdı


“Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib.

İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,

“Belə bir şey varsa, Allah qapısını açsın!”, -deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.

“Qafqazinfo”nun yaydığı xəbərə görə, iş adamı Sahib İbrahimov həbs edilib. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Daha əvvəl mətbuatda S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar