Xəbər lenti
Erməni KİV: Paşinyan geri çəkilməyi qərara alıb
“Ermənistan xüsusi beynəlxalq duruma düşüb”
Narıncı inqilab günlərində Nikol Paşinyanı alqışlayan erməni mətbuatı ondan bütün ümidini üzüb
Əksər KİV-lər Paşinyanın komandasının peşəkarlığına şübhə ilə yanaşır.
Məsələn, İrəvanda dərc olunan "İrates" qəzeti yazır: "Hər keçən gün sübut edir ki, hakiiyyət priamidasının təpəsinə çıxmış insanlar yalnız küçə-mitinq mübarizəsi üzrə "ixtisaslaşıblarımış". Onların dəyişməsi, belə görünür ki, alınmayacaq. Belə hiss olunur ki, hələ formalaşmamış hakiiyyət ehram artıq dağılır".
Qəzetin yazdığına görə, Paşinyan tək qalıb və rəhbərlik etdiyi “anlaşma hökuməti”nin üzvləri ilə anlaşma problemləri var. Həm də Paşiyanın öz komandası içində intirqialar var. Bu intirqaların mərkəzində Daniel İoannisyan durur və o, hələ ki, örtülü mübarizə aparır.
Jurnalistlər də Paşinyana etibarı itiriblər. Keçmiş jurnalist hakimiyyətə gəldikdən sonra öz həmkarlarına və dostlarına heç bir dəstək verməyib. Yalnız ara-sıra onların “dövlət əleyhinə” işləməsi barədə hədə-qorxular səsləndirib.
Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi
"İrates"i ən çox təəccübləndirən Paşiyanın xarici siyasətdə tutduğu mövqedir. Keçmiş jurnalist bir zaman Erməistanı Rusiyanın müstəmləkəsindən çıxarmağa çağırdığı halda, indi Rusiyadan beşəlli yapışmaq qərarına gəlib. O, Panik kəndində baş vermiş qalmaqaldan sonra da 102-ci hərbi bazaya bəy tərifi yağdırıb və onun Ermənistan üçün çox vacib olduğunu bildirib.
Paşinyanın öz mövqeyindən geri çəkildiyini bildirən qəzetin fikrincə, bu, Ermənistanın qərb istiqamətində siyasətini iflasa uğradıb. Bu səbəbdən baş nazirin müavinləri ABŞ və Kanadaya səfərləri zamanı heç bir yüksək səviyyəli görüşlərə nail ola bilməyiblər, Paşiyan hakimiyyəti ümid etdiyi investisiya portfellərindən məhrum olub.
«Ermənistan xüsusi beynəlxalq duruma düşüb»,- deyə "İrates" bildirir. //istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar