Xəbər lenti
Rayon başçısı azərbaycanlı milyarder haqda
Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunun rəhbəri Valeri Sapojnikov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin Kupçinoda 3.5 hektarlıq park ərazisində okeanarium və ticarət-əyləncə mərkəzi tikmək planlarına qarşı yerli sakinlərin etirazlarını əsassız sayır. Virtualaz.org xəbər verir ki, Sapojnikov investorların bu layihəyə indiyə qədər 15 milyard rubl xərclədiklərini, daha çox pul yatırmağa hazır olduqlarını deyib. Bildirib ki, Peterburqda belə səviyyədə layihə yoxdur.
“O bəyəm xəstə adamdır? Başı xarabdır? Bu pulları geri qazanmalı deyil? O, şəhərdə ən yaxşı mərkəzi tikir, hansı ki, doğrudan da mədəni dominanta çevrilə bilər. Əlbətdə o yaxınlıqdakı ticarət müəssisələrinin maraqlarına toxunur. Amma layihə parka təhlükə yaradırmı? Heç cür”-rayon başçısı deyib.
Sapojnikov bildirib ki, əslində okeanariumun və ticarət mərkəzinin tikildiyi yerdə park tarixən olmayıb. Orada kərpic zavodu və antenalar sahəsi olub ki, ora da heç kimi buraxmayıblar.Və ərazi sərxoşların, avaraların, sahibsiz itlərin məskəninə çevrilib.
Qod Nisanovun və Zarah İliyevin “Optima” şirkətinə ərazidə okeanarium tikintisi üçün icazə 2013-cü ildə verilib. İnvestorlar daha sonra okeanariumla birlikdə ticarət-əyləncə mərkəzi də tikməyi qərara alıblar. Lakin yerli sakinlər layihəyə etiraz edir, aksiyalar keçirir, o cümlədən Kremlə şikayətlər göndərirlər.
Qod Nisanov, Zarah İliyev və İlham Rəhimovun ortaq olduqları “Kiyevskaya ploşad” şirkəti Moskvada çoxsaylı kommersiya daşınmaz əmlaka malikdirlər. ABŞ-ın Nisanovla İliyevin adını sanksiya tətbiq oluna biləcək oliqarxların siyahısına salmasından sonra İlham Rəhimov şirkətdəki payını kürəkəni, Azərbaycan vətəndaşı Araz Mehdiyevin adına keçirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar