Xəbər lenti
Düşmən postunu təkbaşına dağıtmış igidin dastanı
Aprel şəhidininəfsanəvi döyüş yolu
Bu gün Quba şəhərində, aprel şəhidi, Milli Ordumuzun xüsusi təyinatlısı Ravil Elman oğlu Novruzova həsr olunmuş "Gerçək olan arzu" filminin təqimatı baş tutub.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımılə "Regional Medianın İnkişafınaYardım" İctimai Birliyinin (İB) "Aprel şəhidi Ravil Novruzovun xatirəsinə dair tədbirlərin təşkili" layihəsi çərçivəsində çəkilmiş sənədli film ASAN Xidmətin Quba şöbəsinin kino zalında tamaşaçılara təqdim olunub.
"Gerçək olan arzu"nun gerçəkləşən təqdimatına Ravil Novruzovun ailə üzvləri, döyüş yoldaşları, mətbuat, incəsənət təmsilçiləri, ictimaiyyət nümayəndələri, Quba "ASAN xidmət"in rəhbərliyi, Quba, Qusar İH nümayəndələri qatılıb.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Xidmətinin şöbə müdiri Orxan Dəmirli belə bir filmin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsində xüsusi əhəmiyyət daşıdığını, Ravil Novruzovun qısa, lakin şərəfli ömrünün gənclərə gözəl nümunə olduğunu deyib. Orxan Dəmirli 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Ravil Novruzun ön döyüş postunda xüsusi şücaət göstərdiyini vurğulayaraq onun döyüş yoldaşı Şahgəldiyev soyadlı əsgərin sözlərinə xitabən bildirdi ki, Ravil Novruzov düşmənin döyüş postunu təkbaşına darmadağın edib.
Şəhidin anası Nargilə Novruzova həm çıxışında və həm də filmdə oğluna bir valideyn kimi borcunu verə bilmədiklərini deyib. Filmin nümayişi zamanı Ravilin atası Elman və anası Nargilə Novruzovlar şəhid oğullarına toy borcunu verə bilmədiklərini tamaşaçılara ürək ağrısı çatdırıblar: "Adətən övladın valideynə borcu olur, amma biz Ravilə öz borcumuzu verə bilmədik. O bizə çox iş gördü, biz heç onu evləndirə bilmədik. Evlənməkdən söz düşəndə "tələsməyin"deyirdi."
Ravilin döyüş yoldaşı Elməddin Ağayev filmdə döyüşçü dostunun igidliyindən danışıb. Bildirib ki, Ravil düşmən postunu tərksilah edərkən erməni əsgərinin gülləsinə tuş gəlib: "Düşmən əsgəri onu vurdu, yoxsa məni vuracaqdı. Erməni onu vuranda o da həmin əsgəri vurdu. Öz qisasını alıb şəhid oldu".
"Gerçək olan arzu" sənədli filminin baş prodüsseri Vəli Turan çəkilişlərin Ravilin doğulduğu Xızıda və hərbi hissələrin birində çəkildiyini, bu qəbilli filmləri reallışdırmağı özünə şərəfli bir borc bildiyini söyləyib.
Ravil Novruzova həsr olunmuş sənədli filmin təqdimatı izləyicilərdə kövrək anlar yaşadıb. Müğənni Sevda Kazımova film boyu Ravilin həyat yolunu, valideynlərini, əsgər yoldaşlarını dinləyərkən göz yaşlarını saxlaya bilməyib: "Belə oğullarımızın qisasını tezliklə alacağıq, çox təsirləndim",- deyə İstiPress-in əməkdaşına öz təəssüratını bildirib.
Filmin layihə rəhbəri Məhsim Məhsimov İstiPress-in şimal bürosuna "Gerçək olan arzu"sənədli filminin rəhbərlik etdiyi "Regional Mətbuatın İnkişafına Yardım" İctimai Birliyinin ilk işi olduğunu deyib. Hesab edib ki, şəhidlərin xatirəsinə həsr olunan hərbi vətənpərvərlik tipli layihələr uğurla davam ediləcək.//istiPress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar