Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Tatu və pirsinq etdirənlər..." - ŞOK XƏBƏRDARLIQ

Tarix: 27-07-2018 13:06     Baxış: 4310 A- / A+
"Tatu və pirsinq etdirənlər..." - ŞOK XƏBƏRDARLIQ

"Son illər tatu və pirsinqdən istifadə edənlərin sayı artıb. Bu da B viruslu hepatitlərin sayının artmasına öz təsirini göstərir".

Bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.
Onun sözlərinə görə, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.

H.Qədirova, həmçinin qeyd edib ki, hepatit A xronika hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronika hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur".

Sədr müavini vurğulayıb ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, artıq bu ömürlük baş verir.

"Bu gün tibb elmində tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfindən cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir",- deyə Həqiqət Qədirova qeyd edib./azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar