Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Cahangir Hacıyevə yeni cinayət işi açıldı

Tarix: 27-07-2018 12:42     Baxış: 3305 A- / A+
Cahangir Hacıyevə yeni cinayət işi açıldı


"Azərbaycan Beynəlxalq Bankı"nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanılıb.

Manevr.az xəbər verir ki, bankdakı mənbənin qafqazinfo-ya verdiyi məlumata görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

C.Hacıyevin vəkili Aqil Layıcov açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: "İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?"

Qeyd edək ki, C.Hacıyev 2015-ci ildə eyni maddə ilə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar