Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropada tibbi müayinə, yoxsa sadəcə, qaçış? – ŞƏRH

Tarix: 24-07-2018 16:14     Baxış: 3239 A- / A+
Avropada tibbi müayinə, yoxsa sadəcə, qaçış? – ŞƏRH


Serj Sarqsyanla bağlı Ermənistanda cinayət işi açılmasa da, onun ətrafında iplər sıxılmaqdadır.

Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın təcili olaran Avropaya getməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hətta Baş Prokurorluq sabiq prezident Robert Koçaryanı da “1 mart” hadisələrinə görə dindirməyə hazırlaşır.

“Belə vəziyyətlərdə Sarqsyan məhkəmə prosesindəki əsas fiqurlardan biri hesab olunur. Əlbəttə ki, Sarqsyan Yerevanda qala və dindirilməyə çağırılmağı gözləyə bilməzdi. Bu vəziyyətdə istisna deyil ki, onun Avropaya səfəri, sadəcə, qaçışdır”, – müsahibimiz bildirib.

Politoloq əlavə edib ki, hətta Avropada da Sarqsyan özünü təhlükəsiz hiss etməyəcək.

“Əgər onun barəsində cinayət işi başlansa, Yerevanın hazırkı hökuməti onu hər vəchlə ölkəyə qaytarmağa çalışacaq”, – Vəlizadə bildirib.
Xatırladaq ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Sarqsyan bu gün təcili olaraq İtaliyaya yollanıb. Bununla yanaşı, bildirilib ki, o, Avropada tibbi müayinədən keçəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar