Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” - General

Tarix: 24-07-2018 15:03     Baxış: 3277 A- / A+
“Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” - General


Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz.
Manevr.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: "İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi paradından sonra ölkə əhalisini sakitləşdirmək, arxayınlaşdırmaq üçün belə yollara əl atır".

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan hər an düşmən üzərinə hücuma keçə bilər:
"Azərbaycan ordusuna hər an torpaqlarımızı azad etməklə bağlı əmr verilə bilər. Biz buna hazırıq və qadirik. Bu baxımdan onların narahatçılığına əsaslar var. Ermənistan 200 milyonluq silah alıb gətirsə də, bu, heç nəyi dəyişməyəcək. Yəni bu silahları alsalar da, Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklər. Onlar heç vaxt ordular arasında güc nisbətini bərabərləşdirə bilməyəcəklər. Rusiya dünyanın ən böyük silah ixracatçılarındadır. Kimin pulu varsa, ondan silah alır. Rusiya üçün fərq etmir. Azərbaycan isə Rusiya və digər dövlətlərdən istədiyi silahı alır", - deyə Y.Aydəmirov vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar