Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yasamalda ağacların dibinə “kislota” tökməkdə şübhəli bilinən şəxs saxlanıldı

Tarix: 24-07-2018 14:37     Baxış: 3214 A- / A+
Yasamalda ağacların dibinə “kislota” tökməkdə şübhəli bilinən şəxs saxlanıldı


Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi 131 A ünvanında naməlum şəxslər ağacların dibinə kimyəvi məhlul – “kislota” tökərək, ağacları qurutmağa çalışıblar.
İctimai televziyanın əməkdaşları ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını hadisə yerinə dəvət edərək, baxış keçiriblər.
Məlum olub ki, bu hadisə məqsədli şəkildə, həm də gecə saatlarında törədilib. Güman edilir ki, bu əməli törədənlərin məqsədi ağacları qurudub kəsmək və ərazidə bina ucaltmaqdır.
İTV-nin hadisə ilə bağlı hazırladığlı süjeti təqdim edirik../A24.Az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar