Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mal-qara azalır, ət istehsalı artır: ZİDDİYYƏTİN “NİYƏ”Sİ

Tarix: 24-07-2018 11:15     Baxış: 3382 A- / A+
Mal-qara azalır, ət istehsalı artır: ZİDDİYYƏTİN “NİYƏ”Sİ



Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma, ət istehsalında isə artım müşahidə olunub. Manevr.az məlumatına görə, 2018-ci il iyulun 1-inə olan məlumata görə, ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290,7 min baş inək və camış, 8 milyon 649,0 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb.

Buna baxmayaraq, Komitə keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında ət istehsalının 3,1 faiz artaraq 245,2 min tona çatdığını açıqlayıb.

Mal-qaranın azaldığı təqdirdə ət istehsalının artması ziddiyyət təşkil etmirmi?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlaması zamanı bildirib ki, heyvandarlığın azalması texniki əkin sahələrinin artması ilə bağlıdır:

“Pambıqçılıq və s. əkin sahələrinin sayı çoxaldıqca, örüş yerlərinin sahələri azalır. Onsuz da bizdə örüş yerlərinin sayı az idi. 1 kvadrat kilometrə digər ölkələrlə müqayisədə ikiqat çox heyvan düşür. Buna görə də, heyvandarlıqla məşğul olmaq imkanları azalır. Bu baxımdan azalma təbiidir”.
İqtisadçı deyir ki, əkin sahələrin artırılması yeni torpaq fondunun hesabına olmalıdır:

“Bu sahələr örüş yerlərinin hesabına artırılmalıdır. Pambıq, tütün və s. sahələri istifadə olunmayan torpaqların hesabına ayırmaq lazımdır”.

Heyandarlığın azalmasına rəğmən qiymətlərin bahalaşmadığını deyən Elçin Bayramlı yay fəsli olduğundan ətə təlabatın az olduğunu, bu baxımdan heyvandarlığın azlmasının bazara təsir etmədiyini deyir:

“Amma qışa doğru bahalaşma gözlənilə bilər. Çünki, təlabat artacağı təqdirdə yerli məhsulun qıtlığı yaranacaq. Xaricdən gətirilən məhsullar isə baha başa gəlir”.



Elçin Bayramlı mal-qaranın azalması ilə ət istehsalının artması arasında ziddiyyət təşkil edən məqam görmür:

“Axı ət istehsalı həm də xaricdən gətirilən diri çəkili heyvanların kəsilməsi hesabına olur. Bunlar da istehsala aiddir”.

Amma Elçin Bayramlı yay aylarında istehsalın artması ilə bağlı məlumatlarla razılaşmır:

“Yay aylarında ət istehlakı artmır, azalır. Bu baxımdan da istehsal da arta bilməz”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar