Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

İranın dini lideri: "Biz neft ixrac edə bilməsək, bölgədəki heç bir ölkə edə bilməz"

Tarix: 22-07-2018 13:03     Baxış: 2291 A- / A+
İranın dini lideri: "Biz neft ixrac edə bilməsək, bölgədəki heç bir ölkə edə bilməz"


İranın dini lideri Ayətulla Əli Xamenei prezident Həsən Ruhaninin Hörmüz boğazı açıqlamasına dəstək verib.

Manevr.az xəbər verir ki, dini lider Tehrandakı iqamətgahında xarici işlər nazirliyinin rəsmiləri, İranın xarici ölkələrdəki səfirləri və diplomatik missiya nümayəndələrini qəbul edib.

Burada açıqlama ilə çıxış edən Əli Xamenei Ruhaninin "Əgər ABŞ İranın neft ticarətinə mane olsa, Hörmüz boğazını bağlayacağıq və heç kim neft ixrac edə bilməyəcək" fikirlərinə dəstəyini nümayiş etdirib. Həsən Ruhani bu mövqeyi İsveçrədə yaşayan iranlılarla görüşdə ortaya qoymuşdu.

Dini lider həmçinin ABŞ-la müzakirələrin yanlış olduğunu, bu ölkə ilə dialoqun problemlərin həlli olmadığını qeyd edib. O, Avropa ölkələri ilə danışıqların əleyhinə olmadığını da dilə gətirib.

Qeyd edək ki, ABŞ höküməti bu ölkəni hədələmiş, "İranın bir damla belə neft ixrac etməsinə icazə verməyəcəyik" demişdi./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar