Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərovun oğlu: “Atamı ermənilər zəhərləyiblər”

Tarix: 21-07-2018 09:09     Baxış: 3603 A- / A+
Dilqəm Əsgərovun oğlu: “Atamı ermənilər zəhərləyiblər”


2014-cü ilin iyulunda Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, hələ də Dağlıq Qarabağda girov saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının zəhərləndiyini bildirib.

Bu barədə açıqlamanı dünən günün ikinci yarısı Kürdoğlu Əsgərov fcebook səhifəsində yazıb: “Atam Dilqəm Əsgərovu zəhərləyiblər. Qırmızı Xaç Komitəsinin həkimi Roman əvvəl təsdiq etsə də bu xəbəri indi təkzib edir. 8 aydır atamdan nə məktub, nə də video gəlməməsinin səbəbi, sən demə, atamın zəhərlənməsiymiş. Mənə də deyirlər ki, atan özü istəmir məktub yazmağı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları sübut etsinlər ki, atamın səhhəti yaxşıdır, atamın canlı videosunu gətirsinlər. Mənə nağıl danışmasınlar”.

Qeyd edək ki, Dağlıq Qarabağda Şuşa həbsxanasında girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən sonuncu dəfə iyun ayında məktub gəldiyi barədə K.Əsgərovun ittiham etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat verilmişdi. Kürdoğlu Əsgərovun yazdığından isə belə məlum olur ki, onlara 8 aydır heç bir məktub gətirilməyib./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar