Xəbər lenti
Qənirə Paşayevanın kitablarının imza günü keçirilib
Masallı şəhərində, qəsəbə və kəndlərində millət vəkili Qənirə Paşayevanın kitablarının imza günü keçirilib.
Regionl Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilaatçılığı ilə Masallı şəhərində, qəsəbə və kəndlərində millət vəkili Q.Paşayevanın oxuyucularla görüşü və kitablarının imzalanma mərasimi olub.Təşkilatın rəhbəri Arzu Bağırova kitabı təbliğ edən bu cür görüşləri davamlı təşkil edəcəklərini və Millət vəkili Q.Paşayevanın kitablarının tədbirdə iştirak edən bütün oxuyucular üçün imzalı hədiyyə ediləcəyini bildirib.
Q.Paşayeva ilk növbədə çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib: "Bu kitablarda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Məqsədim maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır.
Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə, çox məmnun olaram. Kitablarıma böyük diqqətiniz üçün təşəkkür edirəm". Millət vəkili Q.Paşayeva oxuyucuları maraqlandıran sualları da cavablandırıb və qızları yaxşı oxumağa,ali təhsil və ya peşə təhsil almağa çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar