Xəbər lenti
General atışmada yaralanmış çavuşu təltif etdi - FOTO
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu ilin iyunun 21-də sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş Ramazan Kurupovla görüşüb və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını ona təqdim edib.
DSX-dən verilən məlumata görə, görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.
Xatırladaq ki, 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olunaraq həyatı xilas edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar