Xəbər lenti
Yeni şəxsiyyət vəsiqələrinin verilmə tarixi açıqlandı

Manevr.az informasiya agentliyi xəbər verir ki,
Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət
vəsiqələrinin nümunəsi artıq hazırdır.
Xəzər Xəbər-in məlumatına görə, vəsiqələrin verilməsinə bu ilin
sentyabrın 1-dən başlanılacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə
mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil
vəsiqələrinin bir çox üstünlükləri var. Bu vəsiqələr iki növ
elektron sertifakatla təmin edilib.
Yeni nəsil vəsiqələri istənilən növ kart-oxucu vasitənin köməyi
ilə istifadə etmək olacaq.
Yeni vəsiqələr mərhələlərlə dəyişdiriləcək və yalnız 10 yaşından
yuxarı şəxslərə veriləcək. Vəsiqələrinin vaxtı bitmiş vətəndaşlar
yeni vəsiqəni həm “ASAN xidmət” mərkəzləri, həm də polis
idarələrindən ala biləcəklər. Vəsiqələrin üzərindəki elektron imza
sertifikatı isə vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və
müddəti 5 il olacaq. Bu vəsiqələr dövriyyəyə buraxıldıqdan sonra
ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi
gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar