Xəbər lenti
Brüssel Paşinyanı narazı qaytardı
Erməni nazirə Azərbaycanla bağlı ikinci şok
Bir müddət öncə NATO-nun toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan narazı qayaıdıb. Avropa İttifaqından çox inciyən erməni baş naziri ölkəsi özünə qarşı daha ciddi münasibət gözləyib. Amma...
Hökumət başçısı Brüsselin inqilabdan sonra Ermənistan üçün nəzərdə tutulan yardımın həcminin 10 milyon avroya kimi arta biləcəyi barədə bəyanatına reaksiya verib. Paşinyan belə yanaşmaya təəccüblənib. O, deyib ki, əgər yerli korrupsionerlərdən birini yaxşıca silkələsən onların cibindən bu yardımdan daha çox pul çıxacaq.
“Avropa İttifaqına aydın ideyalar, təkliflər lazımdır. Boş sözlər yox”. Bunu isə Ermənistandakı Aİ nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski deyib. Onun sözlərinə görə, erməni tərəfinin narazılığı varsa bunu sənədlərlə təkliflə təqdim etmək lazımdır. Söz yığınına ehtiyac yoxdur. Maliyyə yardımından da söz açan heyət rəhbəri bildirib ki, Brüssel bu gün Ermənistanın əsas donorların biridir. "Çox pul, daha çox islahat".
Erməni ekspertlər Paşinyanın narazılığını Brüssel diplomatiyasının uğursuzluğu və Aİ ilə Azərbaycan arasında sənədin imzalanması ilə izah edirlər. Məhz bu Paşinyanın və onun komandasını çox narahat edir.
Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə nümayəndəsi Federika Moqerinin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qəti mövqeyə malik olmaları barədə dedikləri də ermənilərin ürəyincə olmayıb. Bu açıqlama erməni nazir və politoloqlara ikinci şoku yaşadıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar