Xəbər lenti
Yuxumuzu qaçıran İran...-Ayıq qalaq
Gəncənin icra başçısına qarşı törədilən sui-qəsdin iştirakçısı Yunis Səfərovun İran İslam Respublikasında yaşayan Tohid İbrahimbəyli tərəfindən xüsusi təlim keçmək məqsədilə Suriyaya göndərildiyi aydınlaşıb. Qeyd edək ki, bu barədə kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarına istinadən məlumat yer alıb.
Yuxarıda adı çəkilən Tohid İbrahimbəyli Azərbaycana qarşı radikal, ekstremist mövqeyilə seçilir, hətta 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib. T.İbrahimbəyli Yunis Səfərovun da daxil olduğu azərbaycanlılardan ibarət bir qrupun maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərilməsini təmin edib. Mətbuatımızın gündəmə gətirdiyi məsələyə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasimi elə yerli media vasitəsilə cavab verib. XİN rəsmisi bildirib ki, onlar icra başçısına qarşı olan sui-qəsdi qınayırlar. Bəhram Qasiminin açıqlamasında ən diqqət çəkən məqam isə hadisədə İranın əlinin olmadığını bildirməsi və bu məsələdə Qərbin xüsusi maraqlarının olduğunu iddia etməsidir: “Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”.
Hadisə törədilən ilk gündən rəsmi Tehranın bu məsələdə rolunun olmasıyla bağlı müxtəlif fikirlər səslənirdi, ancaq İranın ölkəmizdəki səfirliyi susqunluğunu qorumaqda davam etdi. Anlaşılan odur ki, Yunis Səfərov istintaq zamanı hüquq-mühafizə orqanlarıyla əməkdaşlıq edəcəyinə dair razılıq verib və bir-bir faktları sadalamağa başlayıb. Məhz istintaqın gedişi zamanı məum olub ki, Yunislə birgə İranda Tohid İbrahimbəylinin yaxın qohumları və daha bir neçə şəxs gizli toplantıya qatılıb. Araşdırmaların həcmi toplanan faktlar əsasında daha da genişlənib. Sumqayıtda eyni hadisəni törətməyə cəhd edən qrupun zərərsizləşdirlməsi buna konkret misal ola bilər. Təbii ki, sadalanan bu faktların qarşısında İranın rəsmi şəkildə açıqlama verməsi gözlənilən idi. İranlı diplomatının səsləndirdiyi fikirlərə inansaq, Tehran rejimini sevməyən,ona düşmən olan qüvvələr (açıq dillə ifadə olunmasa da ABŞ və İsrailin nəzərdə tutlduğu şəksizdir) məhz hadisəni törətməkdə maraqlı ola bilərlər ki, məsuliyyəti İranın üzərinə atsınlar. Diplomatik versiya kimi, Tehrandan baxdıqda bu kimlər üçünsə inandırıcı görünə bilər. İranın XİN sözcüsü necə hesab edir, Azərbaycanın qonşu ölkəni onun ərazisində dövlət rəsmisinə qarşı sui-qəsddə günahlandırması bizə diktə olunur? Doğurdanmı iranlı diplomat düşünür ki, Azərbaycan cəmiyyəti faktları əlinin tərsiylə bir kənara itələyib onların irəli sürdüyü uydurma versiyalara inanacaq? Sual olunur, Yunis Səfərov və digərlərinin İranda gizli görüşə cəlb olunması, onların Suriyada döyüş təlimi keçməsini İranı sevməyənlər təşkil ediblər? Niyə hər dəfəsində faktla üzbəüz qalan rəsmi Tehran başqalarını günahlandırmaqla məsuliyyətdən qaçmağa çalışır?
Təkcə son baş verən hadisələr deyil, ümumilikdə, müstəqillik qazanıldıqdan sonra İranın Azərbaycana qarşı mövqeyi diplomatik dillə desək, yaxşı, dost şəklində göstərilməyə çalışılıb. Əslində necədir münasibət? Bu, həm dövlət səviyyəsində, həm də fars toplumunun türklərə qarşı münasibətində açıq və aydın şəkildə özünü göstərir. Təkcə yaxın keçmişə nəzər salsaq bunu aydın görə bilərik. Gəncə hadisələrində Tehranın barmağının olması isə hüquqi səviyyədə istintaqın yekunlaşmasıyla əminəm ki, sübuta yetiriləcək. Sadəcə unutmaq lazım deyil ki, bu İranın dini don altında ölkəmizə qarşı nə ilk, nə də son təxribatı, ara qarışdırmaq, sabitliyi pozmaq cəhdi deyil.
Rövşən Rəhimli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar