Xəbər lenti
Barak Obama qohumlarının yanına getdi, nənəsi ilə rəqs etdi

ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Hüseyn Obama Havay adalarında doğulsa da, əslən Keniyadandır. O, vətəninə yollanaraq əmisi qızı ilə görüşüb, nənəsinə baş çəkib.
Manevr.az milli.az-a istinadən bildirir ki, 56 yaşlı Barak Obama atasının doğulduğu Koqelo kəndində əmisi qızı Auma Obamanın təşəbbüsü ilə yaradılan Gənclər Mərkəzinin (Sauti Kuu Youth Center) təntənəli açılışında iştirak edib.
Daha sonra o, 96 yaşlı nənəsi Saraya baş çəkib və onunla rəqs də edib. Sara Obama ABŞ-ın sabiq prezidentinin babası Hüseyn Onyanqo Obamanın üçüncü arvadıdır.
Barak Obamanın xanımı Mişel ilə qızları Saşa və Maliya Parisdədir.
Keniyada ölkə prezidenti ilə görüşəndən sonra Barak Obama Cənubi Afrika Respublikasına yollanıb. Burada o, CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi ilə bağlı tədbirə qatılacaq, nitq söyləyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar