Xəbər lenti
Gürcüstan hökuməti yeniləndi
Gürcüstan parlamenti ötən gün növbədənkənar iclasında hökumətin yeni tərkibinə etimad göstərib.
Manevr.az -məlumatına görə, yeni hökumətin lehinə 101, əleyhinə isə 12 deputat səs verib.
Qonşu ölkənin yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.
Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə üç yeni nazir təmsil olunub. Bunlar iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və maliyyə naziri İvane Maçavarianidir.
Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini saxlayıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Giorgi Qaxariya, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri Levan İzoria, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili daxildir.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də vəzifəsində qalıb.
Qeyd edək ki, Gürcüstanın əvvəlki hökumətində 13 nazirlik və bir dövlət naziri aparatı olub.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar